QƏDİR-XUM BAYRAMI - 07-08-2020 - 002

Sahar Azeri 3 views
Bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – "Qədir-Xum" bayramı qeyd edilir.

Verilişin müddəti :    01:36:00

Tarix :       07-08-2020

 

 

 QƏDİR-XUM  BAYRAMI -   07-08-2020   -   002

-------------------------------------------------------------

 

 

Zilhiccə ayının 18-ci (cari il bu tarix avqustun 18-inə müvafiq gəlir) günü İslam dünyasının Qədir-Xum bayramıdır. Bu mübarək gündə Allahın sonuncu Peyğəmbəri Məhəmməd Mustafa (s) Həzrət Əlini (ə) özünün canişini təyin etdi.

Qədir-Xum bayramı və onu qeyd etmək ənənəsi Həzrət Peyğəmbərin (s) zamanına təsadüf edir. İmamların (ə) dövründə də bu dini sünnə davam etmiş və İmam Sadiq (ə) və İmam Rza (ə) onu aşkar etmişdilər. Bu bayramı əziz tutmuşdular. Onlardan əvvəl də Əmirəlmöminin (ə) bu günü qeyd edərdi.

Qədir-Xum bayramı münasibətilə İranın müxtəlif şəhər və kəndlərində şənlik mərasimləri keçirilir. Küçələr çıraqban edilib, insanlara şərbətlər paylanılır. Xüsusilə, şiələrin 8-ci imamı həzrət İmam Rza(ə)-ın məqbərəsinin yerləşdiyi Məşhəd şəhəri və o həzrətin əziz bacısı xanım Məsumənin(s) pak hərəmi olan Qum şəhərində bu bayram özünəməxsus formada qeyd olunur. Azərbaycan Respublikasında da Qədir-Xum bayramı hər il olduğu kimi qeyd edilir. 

 

-------------------------------------------------------------

Add Comments